Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan ən çox hansı ölkələrə məhsul satıb?

Azərbaycan ən çox hansı ölkələrə məhsul satıb?


1-01-2021, 22:09

 

2020-ci ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 193,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında məlumat yayılıb.

Belə ki, 2020-ci ilin noyabr ayında  qeyri-neft sektorunun ümumi ixracda payı 23,4 faiz təşkil edib. Ötən dövrlə müqayisədə, bu rəqəm 9,3 faiz çoxdur.

2020-ci ilin noyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 50,3 faiz, qeyri-yeyinti sektoru üzrə isə 49,7 faiz təşkil edib.

Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (77,5 milyon ABŞ dolları), Türkiyəyə (35,1 milyon ABŞ dolları), İsveçrəyə (24,8 milyon ABŞ dolları), Gürcüstana (7,9 milyon ABŞ dolları) və İtaliya (7,3 milyon ABŞ dolları)  ixrac edilib.


Şəffaflıq.az
Geri qayıt