Əsas Səhifə > Dünya > İranda daha 114 nəfər pandemiyanın qurbanı olub
İranda daha 114 nəfər pandemiyanın qurbanı olub1-01-2021, 16:02 |
İranda son sutkada 6 286 nəfərə COVID-19 diaqnozu qoyulub. Şəffaflıq.az xəbər verir ki, bunu həmin ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilib ki, ölkədə eyni dövr ərzində 114 nəfər koronavirusun qurbanı olub. Beləliklə, İranda indiyədək 1 231 429 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 55 337 nəfər ölüb, 995 570 nəfər sağalıb. Hazırda ölkədəki aktiv xəstələrdən 5 013 nəfərin vəziyyəti ağırdır. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Geri qayıt |