Əsas Səhifə > Gündəm / SİYASƏT > MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayır
MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayır1-01-2021, 12:08 |
Azərbaycanda yanvarın 1-dən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2020-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayır.Şəffaflıq.az xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Geri qayıt |