Əsas Səhifə > Gündəm > Azərbaycana gətiriləcək koronavirusa qarşı vaksinlər ƏDV-dən azad edilib

Azərbaycana gətiriləcək koronavirusa qarşı vaksinlər ƏDV-dən azad edilib


1-01-2021, 12:06

 

Yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Şəffaflıq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Beləliklə, Səhiyyə Nazirliyinin təsdiqedici sənədi əsasında COVİD-19 infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə əlavə ƏDV tutulmayacaq.

Geri qayıt