Əsas Səhifə > Dünya > ÜST-dən koronavirus peyvəndi olanlara XƏBƏRDARLIQ
ÜST-dən koronavirus peyvəndi olanlara XƏBƏRDARLIQ30-12-2020, 21:45 |
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Soumya Svaminatsan insanları COVID-19 peyvəndindən sonra virusa qarşı ehtiyatlı olmağa çağırıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Həkimin sözlərinə görə, ABŞ-da və Avropada insanların koronavirus peyvəndi edildikdən sonra yenidən yoluxub-yoluxmamaları barədə kifayət qədər məlumat olmadığından onların yoluxucu olub-olmamalarını da demək çətindir: “Peyvəndlərlə əlaqədar kifayət qədər məlumat olmadığı üçün immunitet yaranana qədər peyvənd edilənlər də, digərləri kimi, səyahət edərkən karantin tədbirlərinə riayət etməlidirlər”. ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayan COVID-19 epidemiyasının şiddətli olduğunu və qlobal miqyasda sürətlə yayıldığını qeyd edərək, dünyanın elm və peyvənd sahəsində inkişaf etmiş mərhələdə olduğunu vurğulayıb: “Şübhəsiz, bu, ən böyük epidemiya deyil. Bu virus çox yoluxucudur, insanları öldürür və bir çox insanı yaxınlarından məhrum edir. Gələcəkdə daha da şiddətli ola biləcək epidemiyaya hazırlaşmalıyıq”. Geri qayıt |