Əsas Səhifə > Dünya > İranda koronavirusdan ölənlərin sayı 55 mini ötüb
İranda koronavirusdan ölənlərin sayı 55 mini ötüb30-12-2020, 21:00 |
İranda ötən sutka ərzində 149 nəfər koronavirusdan (COVID-19) ölüb. Şəffaflıq.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55 095 nəfərə yüksəlib. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6272 nəfər koronavirisa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 21 8753 nəfərə çatıb. Virus daşıyıcılarından 5 087 nəfərin vəziyyəti ağırdır. Sadat Lari qeyd edib ki, İranda indiyədək 978 714 nəfər koronavirusdan sağalıb. Geri qayıt |