Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: 30 dekabr
Günün qoroskopu: 30 dekabr30-12-2020, 00:09 |
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.Qoç - çətinliklərə və yaranan problemlərə rəğmən gün uğurlu alınacaq. Maliyyə məsələlərində irəliləyişlər olacaq. Sərfəli anlaşmalar və gəlirlər istisna deyil. Alış-veriş pis olmayacaq. Zövqünüzə güvənin. Buğa - nüfuzlu insanlarla görüş pis alınmayacaq. Çox iş görə biləcək insanın dəstəyini ala bilərsiniz. Şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın. Axşam saatlarında ailəvi istirahəti seçin. Əkizlər - səbrli, təmkinli olun. Yalnız belə olarsa, yaxın ətrafınızdakı insanlarla münaqişənin yaranmasının qarşısını almaq olar. Sizi təxribata çəkəcək, sınayacaqlar. Xərçəng - xoşagəlməz xatirələr əhvalınızı korlayacaq. Ötənlərdə yaxşı davranmadığınız anlarla bağlı xatirələrə tez-tez qayıtmayın. Amma bununla belə, səhvlərinizin təhlili gələcəkdə belə yanlışlıqların təkrarlanmasının qarşısını ala bilər. Şir - işdə həmkarlarla münasibətlər rəvan deyil. Onlar sizin həddən ziyadə tələbkar olduğunuzu düşünürlər. Səfər və ya səyahət üçün əlverişli zaman deyil. Axşam saatlarını evdə keçirin. Qız - səhv və yanlışlıqlar, işdə və evdə ciddi problemlərin yaranması şansı var. Sakitliyi, soyuqqanlılığı qorumaq çətindir. Lakin dürüst qərarı təmkinlə vermək, çətin vəziyyətdə səbrli davranmaq sizə problemləri həll etməyə imkan verəcək. Tərəzi - yeni tanışlıqlar istisna deyil. Bu gün qarşılaşdığınız insanlar ilk əvvəl xoşagəlməz təsir bağışlasa da, az sonra onları layiqincə dəyərləndirəcəksiniz. Əqrəb - şəxsi problemləri müzakirə etmək məsləhət deyil. Dəstək və ya yaxşı məsləhət ala bilməyəcəksiniz. Günün ikinci yarısında izafi yorğunluqdan çəkinin. Belə yorğunluq səhhətinizdə fəsadlar yarada bilər. Oxatan - mühüm qərarlar qəbul etmək olar. Lakin onların reallaşması ilə tələsməyin. İri sövdələşmələr, bahalı əşyaların alınması üçün əlverişli gün deyil. Maliyyə məsələlərinin həllini təxirə salın. Oğlaq -nüfuzlu insanlarla görüşlərdə diqqətli və sayıq olun, səlis davranın, etiket qaydalarına əməl edin. Bütün bunlar qarşı tərəfdə xoş təəssürat yaratmağa kömək edəcək. Dolça - yaşamınızda ciddi dəyişikliklərə başlamaq üçün əlverişli zamandır. Qəti qərar üçün tələskənlik etməyin. Axşam saatlarında imiclə eksperimentlər etmək olar. Balıqlar - işlərinizi sahmana salın, prosesdə qayda yaradın. Saatlar keçdikcə diqqəti yeni obyektlərə yönəltmək olar. Aktiv çalışmaq, səfər, işgüzar görüşlər üçün yaxşı zamandır.Milli.Az Geri qayıt |