Əsas Səhifə > Dünya > Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadıldı
Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadıldı29-12-2020, 22:00 |
Gürcüstan hökumətinin pandemiya dövründə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti 6 ay müddətinə uzadılıb. Şəffaflıq.az xəbər verir ki, Gürcüstan parlamenti “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri yekdilliklə dəstəkləyib. Düzəlişlərə əsasən, hökumət 2021-ci ilin iyulun 1-dək məhdudlaşdırıcı tədbirləri həyata keçirmək səlahiyyətinə malik olacaq. Qeyd edək ki, cari ilin iyulunda hökumətə bu səlahiyyət 2021-ci ilin yanvarın 1-dək verilmişdi. Geri qayıt |