Əsas Səhifə > Dünya > Qərb ölkələri İrana vaksin satmır
Qərb ölkələri İrana vaksin satmır28-12-2020, 18:54 |
İran 1 milyon doza koronavirus peyvəndi alacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Hemməti məlumat verib. O, vaksini Şərqi Asiya ölkələrindən əldə edəcəklərini açıqlayıb. “Bir milyon doza koronavirus peyvəndi alacağıq. Vaksinlər Şərqi Asiya ölkələrindən gətiriləcək. Danışıqlar aparılıb. İxrac olunan dərmanlar mənfi 70 dərəcədə qorunmalıdır. Bu isə işimizi kifayət qədər çətinləşdirir. Qərb ölkələri isə peyvəndin alınması mövzusunda bizimlə əməkdaşlıq etmirlər”, - deyə Hemməti bildirib. Geri qayıt |