Əsas Səhifə > ELM VƏ TƏHSİL > Karantində ad günü keçirən məktəb direktoru işdən çıxarıldı

Karantində ad günü keçirən məktəb direktoru işdən çıxarıldı


28-12-2020, 14:05

 

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova işdən çıxarılıb.

Şəffaflıq.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.

Qeyd edək ki, N.Məmmədli Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil edib.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq və şəhidlərin 40-ı çıxmamış özünə doğum günün məclisi təşkil etməsi vətəndaşlar tərəfindən sərt qaydada tənqid olunub.

Geri qayıt