Əsas Səhifə > Gündəm > Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan vəfat edib

Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan vəfat edib


27-12-2020, 14:25

 

Vəkillər Kollegiyasının daha bir üzvü dünyasını dəyişib.

Şəffaflıq.az xəbər verir ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!

Geri qayıt