Əsas Səhifə > İdman / Dünya > "Qalatasaray" liderliyə yüksəldi
"Qalatasaray" liderliyə yüksəldi27-12-2020, 09:52 |
Futbol üzrə Türkiyə Super Liqasında XV turun mərkəzi görüşü "Trabzonspor" və "Qalatasaray" komandaları arasında keçirilib. Şəffaflıq.az xəbər verir ki, Trabzondakı "Medikal Park" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların xeyrinə başa çatıb - 2:0. "Sarı-qırmızılar"ın qollarını 44-cü dəqiqədə Arda Turan və 55-ci dəqiqədə Oğulcan Çağlayan vurub. "Cim-Bom" görüşə Fatih Terimin cəzalı olması səbəbindən baş məşqçisiz çıxıb. Bununla belə, "Qalatasaray" Superliqadakı son 10 rəsmi matçda 8-ci qələbəsinə nail olmağı bacarıb. Oyun zamanı növbəti sarı vərəqəsini alan Taylan Antalyalı cəzalı duruma düşüb. Sofian Fequli isə zədələnərək, meydanı tərk etməli olub. Qeyd edək ki, bu nəticədən sonra "Qalatasaray" 29 xalla liderliyə yüksəlib. Yeni baş məşqçisi Abdullah Avcının rəhbərliyi altında ilk məğlubiyyətini alan "Trabzonspor" isə 20 xalla 9-cu pillədə qalıb. Geri qayıt |