Əsas Səhifə > Dünya > Kanar adalarında Rusiyaya məxsus gəmi alovlandı: Ölənlər var

Kanar adalarında Rusiyaya məxsus gəmi alovlandı: Ölənlər var


26-12-2020, 11:16

 

Rusiyanın Kanar adalarında olan “Sveaborg” gəmisində yanğın baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti xəbər verir.

Fövqəladə hadisə nəticəsində üç nəfər ölüb, daha dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Qran-Kanariada xəstəxanaya yerləşdiriliblər.

Qəzetin yazdığına görə, yanğın mühərrik otağından başlayıb. Ancaq dəqiq səbəbin nə olduğu açıqlanmır.

Bundan əlavə, müəyyən edilib ki, gəmi təmir üçün limanda olub.

Geri qayıt