Əsas Səhifə > Dünya > Rusiya şirkəti Ermənistan AES-ə təzə nüvə yanacağı göndərəcək

Rusiya şirkəti Ermənistan AES-ə təzə nüvə yanacağı göndərəcək


26-12-2020, 11:14

 

«TVEL» Səhmdar Cəmiyyət (Rusiyanın nüvə yanacağı istehsal edən şirkəti, «Rosatom» korporasiyasına daxildir) və «Ermənistan AES» Qapalı Səhmdar Cəmiyyət (QSC) 2021-ci ildə Rusiya nüvə yanacağını Ermənistan AES-ə tədarük etmək barədə kontrakt sənədləri imzalayıblar. 


Şəffaflıq.az "azpolitika.info"-ya istinadən bildirir ki, bu barədə dekabrın 24-də «TVEL»-in mətbuat xidməti xəbər verib.

Bu anlaşmaya əsasən, Ermənistanda fəaliyyətdə olan yeganə atom enerji bloku (layihə gücü 407,5 MVt) üçün vibrasiyaya davamlı yanacaq tədarük ediləcək. Blokda VVER-440 reaktoru fəaliyyət göstərir.

Ermənistan AES ənənəvi olaraq, ölkədə əsas elektrik enerisi mənbəyi sayılır. Stansiya Ermənistan enerjisinin 40 faizini istehsal edir. 2020-ci ilin ilk üç rübündə AES-də 1,9 milyard kVt/saat elektrik enerjisi istehsal olunub.

Geri qayıt