Əsas Səhifə > Dünya > COVİD-in yeni mutasiyası daha çox bu yaş qrupu arasında yayılır

COVİD-in yeni mutasiyası daha çox bu yaş qrupu arasında yayılır


26-12-2020, 00:05

 

Koronavirusun yeni mutasiyası Avropanın daha 8 ölkəsində aşkarlanıb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional bürosunun rəhbəri Hans Klyuqe bildirib.

“Avropa regionunda səkkiz ölkədə COVİD-19-un yeni versiyası - VOC-202012/01-ə rast gəlinib. Mövcud qoruyucu tədbirləri gücləndirmək həyati əhəmiyyət daşıyır. Bunun üçün sosial məsafəni gözləmək, tibbi maskadan istifadə etmək, məhdudlaşdırıcı tədbirlərə riayət etmək lazımdır”.

Klyuqe əlavə edib ki, yeni ştamm əvvəlkilərdən fərqli olaraq, daha çox gənc yaş qrupu arasında yayılır. ÜST nümayəndəsi yeni mutasiyanın xüsusiyyətlərinin öyrənildiyi müddətdə hər kəsi ayıq-sayıq olmağa çağırıb.

Qeyd edək ki, ilk dəfə Böyük Britaniyada rast gəlinən yeni mutasiya növünün 70% daha çox yoluxucu olduğu bildirilir.

Geri qayıt