Əsas Səhifə > Dünya > Britaniya mutasiyalı koronavirus aylar əvvəl Bolqarıstanda görünüb - Uşaqlar üçün daha təhlükəlidir

Britaniya mutasiyalı koronavirus aylar əvvəl Bolqarıstanda görünüb - Uşaqlar üçün daha təhlükəlidir


25-12-2020, 09:27

 

Hazırda Böyük Britaniyada sürətlə yayılan mutasiya etmiş koronavirus sən demə, hələ aprel ayında Bolqarıstanda aşkar edilibmiş. Bu barədə Bolqarıstan milli radiosuna həkim Aleksandr Simidçiyev xəbər verib.

Bolqar pulmonoloqun sözlərinə görə, elə həmin mutasiya Cənubi Afrika Respublikası (CAR) ərazisində də var.

Həkim izah edib ki, heyvanların və insanların koronaviruslarının genetik informasiyası sürətlə mutasiya edir - bununla da virus «özünə üstünlükləri qaytarmağa çalışır».

Mutasiya etmiş koronavirus demək olar, öz sələfindən iki dəfə artıq yoluxucudur və hazırda Londonda, İngiltərənin cənubunda dominantlıq edir.

Bununla əlaqədar olaraq, bütün cənub rayonu karantinə bağlanıb. Qırxa yaxın ölkə, o cümlədən, qonşularımız Rusiya və Türkiyə Britaniya ilə avia-əlaqələri müvəqqəti dayandırıb.

Xəbər verilir ki, uşaqlar Britaniyada aşkarlanmış koronavirusa daha tez yoluxurlar - ştamm bununla məşhurdur. Belə nəticəyə London İmperiya kollecinin professoru Nil Ferqyuson gəlib. Alimin sözlərinə görə, yeni mutasiya 15 yaşdan aşağı uşaqlar üçün «həssas»dır.


Şəffaflıq.az
Geri qayıt