Əsas Səhifə > Dünya > Azərbaycandan Rusiyaya məhsul ixracına icazə verildi

Azərbaycandan Rusiyaya məhsul ixracına icazə verildi


24-12-2020, 23:27

 

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə zəruri tədbirlər davam etdirilir.

AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzo”) ilə aparılan müzakirələr nəticəsində 24 dekabr tarixində daha 12 müəssisədən - “Suliddinoğlu Kəndli Fermer Təsərrüfatı” MMC, “Səma Agro” MMC, “Xızı Aqropark” MMC, “ART GREEN” MMC, Abbasov Elman Davud oğlu, Ələsgərova Lamiyə Eyvaz qızı, Ələsgərov Elçin Teymur oğlu, Əsgərov Çingiz Cəmil oğlu, Quliyeva Aidə Əhməd qızı, Yusifov Çingiz Əmiralı oğlu, Məmmədov Vilayət Rüstəm oğlu, Məmmədov Həmid Behbud oğluna məxsus müəssisələrdən pomidor məhsulunun Rusiyaya ixracına icazə verilib.

Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.

Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müvafiq qurumu tərəfindən 5 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilmişdi.


Şəffaflıq.az
Geri qayıt