Əsas Səhifə > Dünya > Lavrovun dəvəti ilə Çavuşoğlu Rusiyaya səfər edəcək
Lavrovun dəvəti ilə Çavuşoğlu Rusiyaya səfər edəcək24-12-2020, 18:45 |
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə səfər edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib. “Dekabrın 29-da Türkiyənin xarici işlər naziri Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə bizim ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək”, - deyə M.Zaxarova bildirib. Onun sözlərinə görə, M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçiyə gələcək. Şəffaflıq.az Geri qayıt |