Əsas Səhifə > Gündəm > Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib
Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib24-12-2020, 18:35 |
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib. Hazırda 51 795 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, bu günə qədər isə ümumilikdə 2 115 991 test icra olunub. Şəffaflıq.az Geri qayıt |