Əsas Səhifə > Gündəm > Daha bir vəkil koronavirusdan vəfat etdi
Daha bir vəkil koronavirusdan vəfat etdi23-12-2020, 22:35 |
Azərbaycanda daha bir vəkil dünyasını dəyişib. Şəffaflıq.az xəbər verir ki, 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov COVID-19 xəstəliyindən vəfat edib. Vəkillər Kollegiyasından məlumatı “Report”a təsdiqləyiblər. 66 yaşlı H.Əsgərov 17 il vəkillik fəaliyyəti ilə məşğul olub. Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib. Allah rəhmət eləsin! Geri qayıt |