Əsas Səhifə > Gündəm > "Prezidentin tapşırığı ilə bu məsələyə xüsusi önəm verilib" - Maliyyə naziri

"Prezidentin tapşırığı ilə bu məsələyə xüsusi önəm verilib" - Maliyyə naziri


23-12-2020, 14:53

 

“2020-ci il Azərbaycan tarxində müstəsna il kimi yadda qalacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub və torpaqlarımızı işğaldan azad edib”.

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Vətən torpaqlrında ərazilərimizin yenidən qurulması və vətəndaşlarımzın ora qaytarılması ən əsas məsələdir: “Qarabağ cənnət məkana çevriləcək. Prezidentin tapşırığı ilə bu məsələyə xüsusi önəm verilib. Həmin ərazilərdə müxtəlif infrastrukturun yaradılması üçün 2,2 milyard manat vəsait ayrılıb”.

Geri qayıt