Əsas Səhifə > ELM VƏ TƏHSİL > Müharibə əlillərinin övladları təhsil haqqından azad ediləcək

Müharibə əlillərinin övladları təhsil haqqından azad ediləcək


22-12-2020, 22:20

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlilliyi müəyyən edilmiş bütün şəxslərin uşaqları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad ediləcək.

Şəffaflıq.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bununla bağlı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif olunduğunu bildirib.

Əlilərin reabilitasiya müalicəsi dövlət hesabına təmin ediləcək, onlara əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər veriləcək.

Eyni zamanda əlillik göstəricisi hərəkət etmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırdığı təqdirdə bu şəxslərə minik avtomobilləri təqdim olunacaq. əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, bu tarixdən sonra olanlar isə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

Geri qayıt