Əsas Səhifə > Kriminal > Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir22-12-2020, 18:27 |
Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirli bilinən sabiq hakim barəsində cinayət işi başlanıb. Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir. Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınır. Belə ki, L. Nəbiyev iş düzəltmək adı ilə vətəndaşlara qarşı 100 min manatdan artıq dələduzluq etməkdə təqsirli bilinir. L. Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə ibtidai istintaq başa çatıb, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L. Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub. Geri qayıt |