Əsas Səhifə > Redaktor seçimi / Cəmiyyət > Şamaxı rayon İncəsənət Təhsili Mərkəzinin akt zalında gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması məqsədi ilə çağırış yaşlı gənclər arasında mədəni-kütləvi tədbir keçirildi
Şamaxı rayon İncəsənət Təhsili Mərkəzinin akt zalında gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması məqsədi ilə çağırış yaşlı gənclər arasında mədəni-kütləvi tədbir keçirildi3-04-2019, 22:41 |
Şamaxı rayon İncəsənət Təhsili Mərkəzinin akt zalında gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması məqsədi ilə çağırış yaşlı gənclər arasında mədəni-kütləvi tədbir keçirildi Şəffaflıq.az bildirir ki,Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illlər Dövlət Proqramı”nın icrası çərçivəsidə Gənclər və İdman Nazirliyinin 2019-cu il I yarımilliyinin iş planına əsasən Şamaxı İncəsənət Təhsili Mərkəzinin akt zalında 03 aprel 2019-cu il tarixində saat 12.00-da gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması məqsədi ilə çağırış yaşlı gənclər arasında mədəni-kütləvi tədbir keçirilmişdir. Keçirilən tədbirə 200 nəfərə yaxın rayonun ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, çağırış yaşlı gənclər və rayonda yerləşən N saylı hərbi hissənin əsgər heyyəti cəlb olunmuşdur. Tədbirdə həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri cənab Əli Məmmədov, Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Qarabağ Veteranları Cəmiyyətinin sədri Fuad Səmiyev, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Ağairza Bayramov, “Şəffaflıq” Müstəqil ictimai-siyasi –hüquq qəzetinin baş redaktoru Vahid İsmayılov, SHXÇDX-nin Şamaxı rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin məsul işçiləri Sərxan Vəliyev və Elçin Hacızadə və Azərbaycanın tanınmış gənc istedadlı müğənliləri iştirak edirdi. Tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra nazirliyin məsul işçisi Əli Məmmədov çıxış edərək tədbir haqqında geniş məlumat verdi. Ə.Məmmədov bildirdi ki, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublika gənclərinə göstərdiyi diqqət və qayğısı, o cümlədən Dövlət Başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illlər Dövlət Proqramı” gənclərdə hərbi vətənpərvərlik hisslərinin daha da güclənməsinə və gənclərin hərbi xidmətə həvəslə getmələrinə böyük səbəb olmuşdur. Sonra Qarabağ Veteranları Cəmiyyətinin sədri F.Səmiyev, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri A.Bayramov, SHXÇDX-nin Şamaxı rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin məsul işçisi S.Vəliyev mövzu ətrafında çıxış etdilər. Tədbir ərəfəsində gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış “Çağırışyaşlı gənclər üçün tövsiyə-yaddaş” kitabçaları paylanıldı. Rəsmi hissə başa çatdıqdan sonra respublikanın tanınmış gənc istedadlı müğənliləri Mədinə Əsgərova, Sənan Müsəvi, Nailə Dəniz, Namaz Quluzadə, Nəcəf Nəcəfquluzadə və Rühəngiz Musayeva öz rəngarəng konsert proqramlarını rayon gənclərinə təqdim etdilər. Vahid İsmayılov Şəffaflıq.az Geri qayıt |