Əsas Səhifə > RƏSMİ XƏBƏR > Milli Məclisdə büdcə müzakirələrinin vaxtı açıqlandı
Milli Məclisdə büdcə müzakirələrinin vaxtı açıqlandı21-12-2020, 16:11 |
Milli Məclisdə büdcə müzakirələrinin vaxtı müəyyənləşib.Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O bildirib ki, büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 23-də keçiriləcək iclasında müzakirə ediləcək. Qeyd edək ki, büdcə zərfinə "2021-ci il dövlət büdcəsi haqqında”, "2021-ci il üçün yaşayış minimumu haqqında”, "2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir. Şəffaflıq.az Geri qayıt |