Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Ünvanlı sosial yardımın maliyyə təminatı üçün 257,7 milyon manat ayrılacaq

Ünvanlı sosial yardımın maliyyə təminatı üçün 257,7 milyon manat ayrılacaq


21-12-2020, 16:09

 

2021-ci ilin dövlət büdcəsindən ünvanlı dövlət sosial yardımının maliyyə təminatı üçün ayrılacaq vəsaitin məbləği məlum olub.


Şəffaflıq.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ildə ünvanlı dövlət sosial yardımının maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 257,7 milyon manat vəsait proqnozlaşdırılır.

Bu da 2020-ci illə müqayisədə 13,6 milyon manat və ya 5,0 faiz çoxdur.

Geri qayıt