Əsas Səhifə > Dünya > Cənubi Afrikada koronavirusun daha sürətlə yayılan yeni növü aşkarlanıb

Cənubi Afrikada koronavirusun daha sürətlə yayılan yeni növü aşkarlanıb


20-12-2020, 11:52

 

Cənubi Afrika Respublikasında koronavirusun yeni növü aşkarlanıb.

Şəffaflıq az RT-yə istinadən məlumat verir ki, bu barədə həmin ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, yeni növə 501.V2 adı verilib.

Alimlər Cənubi Afrikadakı ikinci xəstəlik dalğasının bu mutasiya ilə əlaqəli olduğunu istisna etmirlər. Yeni infeksiya daha sürətli yayılır. Bundan əlavə, xəstəxanalarda yanaşı xəstəliyi olmasa da, ağır vəziyyətdə gətirilən gənc koronavirus xəstələrinin sayı artıb.

Geri qayıt