Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: 20 dekabr
Günün qoroskopu: 20 dekabr20-12-2020, 00:12 |
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.Qoç - yaxınlarınızla münasibətlərinizdə sirr və ya paradoks var. İfrata varmayın. Vədləri yerinə yetirin. Buğa - maraqlarınızın toqquşduğu insanla dil tapmağa çalışın. Şəxsi maraqlarınıza həddən artıq diqqət yetirməyin. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Əkizlər - yaxınlarınız və ya sevdiyiniz insan sizə laqeyiddirsə, sinirlənməyin. Onların problemi var. Günün ikinci yarısında başlayacağınız işləri başa vurmağa can atın. Xərçəng - qısa müddətdə bitirəcəyiniz işləri görün. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, iradlar irəli sürməyin. Fikrinizi ən dürüst mövqe saymayın. Şir - cari işgüzar maraqların çərçivəsində qalmağa çalşıın. Layihələrinizi təkmilləşdirin. İşlərin axarını nəzarətdə saxlamağın çətinlik yaratdığı yerlərdəki xaosu aradan qaldırın. Qız - maraqlı və qeyri-adi ideyalarınız yarana bilər. Mənfi situasiyalarda belə, bəxtiniz gətirə bilər. Günün ikinci yarısında hansısa nöqsanı aradan qaldırmaq, münaqişənin yaranmasına imkan verməmək üçün istifadə edin. Tərəzi - anlaşma, müqavilə, mühüm qərar, böyük məbləğdə xərcləri təxirə salın. İzafi xəbər axarına uyaraq işlərdən ayrılmayın. Əqrəb - günün ilk yarısında ciddi işlər planlaşdırmayın. Son nəticəyə əhəmiyyətli dərəcədə təsir edə biləcək səhv ehtimalı böyükdür. Diqqətsizliyiniz və ya xarici amillərin təsiri nəticəsində maliyyə maraqlarınıza zərbə dəyə bilər. Oxatan - səylərinizi tərəfdaşınız və ya həmkarınızla birləşdirərək ümumi tapşırığın öhdəsindən gəlməyə, problemi həll etməyə çalışın. Münasibətləri aydınlaşdırmağa çalışmayın: konstruktiv söhbət alınmayacaq. Səylərinizi stabilliyin qorunmasına yönəldin. Oğlaq - yaxınlarınızla ünsiyyət, son vaxtlar yaranmış fikr ayrılıqlarının nizamlanması üçün yaxşı gündür. Son vaxtlaradək münaqişədə olduğunuz və ya sürəkli mübahisə etdiyiniz insanlarla da dil tapa bilərsiniz. Dolça - ailədə stabil vəziyyətin bərqərar olması üçün ciddi güzəştlərə və ya qurbanlara ehtiyac duyulmur. Uzunmüddətli planlaşdırma ilə məşğul olarkən niyyətinizin perspektivlərini dəqiq qiymətləndirin. Balıqlar - maliyyə məsələlərini həll etmək, əmlak bölgüsünü reallaşdırmaq, müvafiq sənədləşdirmə aparmaq olar.Milli.Az Geri qayıt |