Əsas Səhifə > MANŞET / KARUSEL / Redaktor seçimi > Torpaq uğrunda şəhid olan varsa vətəndir! FOTO\VİDEO
Torpaq uğrunda şəhid olan varsa vətəndir! FOTO\VİDEO19-12-2020, 23:46 |
Üsüfov Şəhadət Qalıb oğlu 13 dekabr 2000-ci il Şamaxı rayon Dağ Göylər kəndində anadan olmuşdur. Uşaq yaşlarından idmana həvəsi olan balaca Şəhadət dəslərini yaxşı oxumaqla yanaşı sərbəst güləş növü ilə də məşğul olmuşdur. Orta məktəbi bitirdikdən sonra 15 yanvar 2019 cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Cəlilabad rayonununda yerləşən N saylı hərbi hissənin xüsusi təyinatlı qüvvələrində xidmət etmişdir. Üsüfov Şəhadət Qalıb oğlu öz hərbi xidmətini bitirdikdən sonra əlavə kurs oxuyaraq müddətdən artıq xidmətçi kimi işləməyə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi başlamış və Şəhadət də ilk gündən xüsusi təyinatlı qüvvələrin tərkibində müharibəyə yollanmisdır. O, bir çox ağır döyüşlərdə iştirak etmiş və 10 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə aldığı güllə yarası nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Biz Azərbaycan xalqı olaraq vətənimizin belə oğulları ilə fəxr edirik. Onların xatirəsi qəlbimizdə əbədi olaraq qalacaqdır. Daha ətraflı Şəffaflıq tv-də Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vahid İsmayılov. Şəffaflıq.az Geri qayıt |