Əsas Səhifə > REGİON > Yerevanın "Yerablur" hərbi panteonunda bu gün hökumət tərəfindən keçirilən matəm yürüşündə toqquşmalar olub.

Yerevanın "Yerablur" hərbi panteonunda bu gün hökumət tərəfindən keçirilən matəm yürüşündə toqquşmalar olub.


19-12-2020, 22:45
 Ermənistanın paytaxtı Yerevanın "Yerablur" hərbi panteonunda bu gün hökumət tərəfindən keçirilən matəm yürüşündə toqquşmalar olub.
Bu barədə Şəffaflıq.az Ermənistan mətbuatına istinadən xəbər verir.
Kütləvi davanın Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə panteona baş çəkən vətəndaşlar arasında baş verdiyi bildirilir.
“Hraparak.am”da yerləşdirilən videomaterialda dava iştirakçıları arasında Nikol Paşinyanın müşaviri Robert Qukasyanın da yer aldığı əks olunub.
Qeyd edək ki, bu gün “Yerablur”da Qarabağ müharibəsi iştirakçıları və müharibədə həlak olanların yaxınları toplaşıb. Onlar bildiriblər ki, Paşinyanın “Yerablur”a daxil olmasına imkan verməyəcəklər. Narazılar baş naziri "Satqın Paşinyan" şüarları ilə qarşılayıblar. Bu zaman narazılarla baş nazirin tərəfdarları arasında toqquşmalar olub. Polis əməkdaşları müharibə iştirakçılarını, ölən hərbçilərin yaxınlarını və Paşinyana qarşı etiraz edən başqa vətəndaşları sıxışdırıblar.


Geri qayıt