Əsas Səhifə > Gündəm > Son sutkada 42 nəfər “COVID-19”dan vəfat edib

Son sutkada 42 nəfər “COVID-19”dan vəfat edib


19-12-2020, 20:38

 

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 705 yeni yoluxma faktı qeydə alınıb, 4 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 42 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 199 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 135 462 nəfər müalicə olunaraq sağalıb, 2 175 nəfər vəfat edib, aktiv xəstə sayı 61 490 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 931, bu günə qədər isə ümumilikdə 2 049 239 test icra olunub.


Şəffaflıq.az
Geri qayıt