Əsas Səhifə > Dünya > “Science” ilin əsas elmi irəliləyişini açıqladı

“Science” ilin əsas elmi irəliləyişini açıqladı


19-12-2020, 11:37

 

ABŞ-ın elmi jurnalı “Science” koronavirus peyvəndlərini ilin əsas elmi irəliləyişi adlandırıb.

Jurnalda dərc olunan məqaləyə görə, söhbət “Moderna”, “Pfizer-BioNTech”, “Sputnik V” və digər onların analoqlarından gedir.

“Bu il əsas elmi kəşfin birmənalı şəkildə koronavirusla əlaqəli olacağını yaxşı bilirdik, lakin yalnız son həftələrdə COVID-19-a qarşı yüksək təsirli peyvəndlərin bu şərəfə layiq görüləcəyi aydın oldu”, - deyə “Golden Thorpe” jurnalının baş redaktoru bildirib.

O qeyd edib ki, yaxın vaxtlara qədər peyvəndin kəşfi əlçatmaz görünürdü, lakin indi kütləvi peyvəndləmə demək olar ki, bütün dünyada başlayıb.


İlk üçlüyə CRISPR genomu ilə ilk müalicə və qaradərili alimlərin onlayn cəmiyyətinin yaradılması da daxil olub.

“Science” jurnalı redaksiya heyətinin versiyalarına görə hər il on böyük elmi kəşfi dərc edir.


Şəffaflıq.az
Geri qayıt