Əsas Səhifə > Gündəm > Son sutkada 3 962 nəfər yoluxub, 45 nəfər vəfat edib
Son sutkada 3 962 nəfər yoluxub, 45 nəfər vəfat edib18-12-2020, 16:55 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 962 yeni yoluxma faktı qeydə alınıb, 4 188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 45 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 195 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 037 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 305 , bu günə qədər isə ümumilikdə 2 031 308 test icra olunub. Geri qayıt |