Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Sosial dəstəklə əhatə olunan şəhid ailələri və müharibə iştirakçılarının sayı açıqlanıb
Sosial dəstəklə əhatə olunan şəhid ailələri və müharibə iştirakçılarının sayı açıqlanıb18-12-2020, 16:52 |
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, o cümlədən yaralanmış hərbçilər, erməni terrorundan zərər çəkənlər ilə bağlı konkret tədbirləri planı üzrə sosial dəstək tədbirləri görülür. Son bir ayda bu tədbirlər həmin kateqoriyalardan olan artıq 4 mindən çox şəxsi əhatə edib.Şəffaflıq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında deyib.Nazir qeyd edib ki, hər gün daha da genişlənən dəstək tədbirlərinin bir istiqaməti şəhid ailəsi üzvlərinin sosial təminat hüquqlarının təmin edilməsidir. Bu istiqamətdə ardıcıl və operativ işlər aparılır. Şəhid ailəsi üzvlərinə Prezidentin aylıq təqaüdləri, pensiya və müavinətlər təyin edilir.Bu proses eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralanmış hərbçilər, erməni terrorundan zərər çəkənlərin aktiv məşğulluq proqramlarına cəlb edilməsi, onların sosial-psixoloji dəstəklə təminatı və s. tədbirləri də davam edir. Nazirliyin əməkdaşları tərəfindən hər bir şəhid ailəsi, müharibə iştirakçısı, müharibədən zərər çəkən şəxslə görüşülür, onların dövlətin sosial dəstəyi ilə əhatə olunmaları üçün bütün işlər görülür. Geri qayıt |