Əsas Səhifə > Dünya > Fransa prezidenti E.Makron koronavirusa yoluxdu

Fransa prezidenti E.Makron koronavirusa yoluxdu


18-12-2020, 00:21

 

Fransa Prezidenti Emmanuel Makron koronavirusa yoluxub. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fransa Prezidentinin ofisi məlumat yayıb. Qeyd olunub ki, ölkə başçısının “COVID-19” test nəticələri pozitiv çıxıb. 


Makronun vəziyyəti barədə ətraflı məlumat verilməsə də, onun 7 günlük özünü təcrid edəcəyi və işinə məsafədən davam edəcəyi bildirilib.

Geri qayıt