Əsas Səhifə > Dünya > Çin Aydan Yerə torpaq gətirdi - Dünyada üçüncü ölkə oldu
Çin Aydan Yerə torpaq gətirdi - Dünyada üçüncü ölkə oldu18-12-2020, 00:17 |
Çin zondunun Ayın tədqiqi üzrə «Çanz-5» qaytarılan modulu Aydan götürülmüş torpaqla birlikdə Yerə qayıdıb. Beləliklə, Çin Xalq Respublikası (ÇXR) Amerika Birləşmiş Ştatları (ABŞ) və SSRİ-dən sonra, bu missiyanı reallaşdıran üçüncü ölkə olub. Noyabrın 24-də Çin Aya qaytarıla bilən kosmik aparat buraxıb, dekabrın 1-də aparat Yerin peykinə eniş edib. Sonrakı 2 sutka ərzində enmə moduluna quraşdırılmış qazma qurğusunun və çanaqlı manipulyatorun köməyi ilə torpaq toplanıb və Yerə çatdırılmaq üçün modulun xüsusi arakəsməsinə yerləşdirilib. Bütün bu missya 23 gün davam edib, aparat Yerə 2 kiloqrama qədər reqolit gətirib. Bu, ötən 44 il ərzində Aydan Yerə torpaq gətirən birinci kosmik zonddur. Çinin kosmik idarəsinin ekspertlərinin qeyd etdiyi kimi, «Çane-5»-in missiyası bir sıra parametrlərinə görə, ölkə üçün tarixi olub: Çin ilk dəfə Ay səthindən torpaq nümunəsi toplayıb, Ay səthindən uçuşu həyata keçirib, birləşməni reallaşdırıb və torpaq nümunəsini Yerə çatdırıb. İdarədə bu missiyanı ən mürəkkəb, istifadə olunan texnologiyanı isə ən qabaqcıl adlandırıblar. «Çanz-5» zondunu ilkin olaraq, 2017-ci ilin noyabrında buraxmaq planlaşdırılmışdı, ancaq həmin ilin iyulunda daşıyıcı-raketdə baş verən qəza səbəbilə, missiyanı təxirə salmaq lazım gəlmişdi. Ardınca missiyanı 2019-cu ilin sonuna təyin etsələr də onu yenidən təxirə salmışdılar. Şəffaflıq.az Geri qayıt |