Əsas Səhifə > Dünya > Xarkovun meri koronavirusdan ölüb

Xarkovun meri koronavirusdan ölüb


17-12-2020, 12:58

 

Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernesin koronavirus yaratdığı fəsadlardan dünyasını dəyişib.

Şəffaflıq.az xəbər verir ki, bunu onun dostu Pavel Fuks teleqramda yazıb.

“Bu gecə mənim ən yaxın dostum Gennadi Kernesin ürəyi dayanıb”, - o bildirib.

P.Fuksin sözlərinə görə, koronavirus infeksiyası G.Kernesin orqanizminin həyati orqanlarının işində ciddi fəsadlar yaratmışdı.

Qeyd edək ki, sentyabrda G.Kernes ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Oktyabrda onun COVID-19 testi neqativ çıxıb. Ancaq onun sağlamlığı bərpa olunmayıb.

Geri qayıt