Əsas Səhifə > Dünya > "Hazırda koronavirusun tam müalicəsi üçün dərman yoxdur" - ÜST

"Hazırda koronavirusun tam müalicəsi üçün dərman yoxdur" - ÜST


16-12-2020, 13:30

 

Hazırda koronavirusun müalicəsi üçün dərman vasitəsi yoxdur. Həkimlərin məsləhət bildiyi dərmanlar sadəcə ağrıları azaltmaq üçündür”.

Şəffaflıq.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

ÜST rəsmisi bildirib ki, orqanizmə əlavə mikroblar düşdükdə antibiotik istifadəsi mümkün ola bilər: “Bu da yalnız həkimlərin məsləhəti ilə olmalıdır.

Ona görə də insanların bütün hallarda antibiotik almaq üçün aptekə getməsi düzgün deyil”.

Geri qayıt