Əsas Səhifə > Dünya > Merkel Aİ-də koronavirusa qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb
Merkel Aİ-də koronavirusa qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb13-12-2020, 21:32 |
Almaniya Baş naziri Angela Merkel Almaniya və Avropa İttifaqında yeni növ koronavirusa (COVİD-19) qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb.Şəffaflıq.az-ın məlumatına görə, A. Merkel peyvəndin təhlükəsizliyinə Dərman Vasitələri üzrə Avropa Agentliyinin qiymət verdiyini bildirib. Baş nazir Agentliyin peyvəndlə bağlı qərarını dekabrın 29-a qədər açıqlayacağını bəyan etdiyini xatırladıb: “Bundan dərhal sonra peyvəndin bütün Avropa ölkələrinə çatdırılmasına başlanılacaq və yanvar ayında peyvənd vurulmasına başlamaq imkanı olacaq. Agentliyin qərarından bir neçə gün sonra peyvənd vurulması prosesi başlayacaq”. Geri qayıt |