Əsas Səhifə > Maraqlı > İnfarkt riskini iki dəfə azaldan qidalar

İnfarkt riskini iki dəfə azaldan qidalar


13-12-2020, 13:13

 

Mütəxəssislər pəhrizə müntəzəm daxil olan bir sıra qidaların infarkt riskini iki dəfə azaldacağını müəyyənləşdiriblər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nəticələr “Focus” jurnalında yazılıb.

Nəşrdə diyetaya daxil edilməsi tövsiyə olunan 12 qidanın siyahısı qeyd olunur: zeytun yağı, yaşıl çay, sarımsaq, tünd şokolad, pomidor, avokado, yağlı balıq, paxlalı bitkilər, dənli bitkilər, giləmeyvə, qoz-fındıq və yarpaqlı tərəvəzlər.

Mütəxəssislər bildirir ki, zeytun yağı, pomidor və giləmeyvə içərisində antioksidantların mövcudluğu bu məhsulların ürəyə müsbət təsir göstərməsinə, xolesterol səviyyəsini azaltmasına, bədəndəki iltihablı proseslərin aradan qaldırılmasına kömək edir.


Öz növbəsində avokado, badam, yağlı balıqlarda olan tək doymamış yağ turşuları ürək üçün faydalıdır.

Yarpaqlı tərəvəzlər, ispanaq, İsveçrə qarğıdalısı, kahı və kələmdə olan vitaminlər və minerallar damarların işini yaxşılaşdırır, taxıl bitkiləri damarları daha elastik edir.

Sarımsaq tərkibində olan allisin maddəsinə görə qan laxtalanmasının qarşısını ala bilir, yaşıl çay damarlarda yağ əmələ gəlməsini azaldır, qara şokolad damar kalsifikasiyası və işemik ürək xəstəliyi riskini azaldır.

Geri qayıt