Əsas Səhifə > Gündəm > Koronavirusu kəskin zəiflədən vasitə

Koronavirusu kəskin zəiflədən vasitə


13-12-2020, 12:55

 

Amerikalı alimlər qrupu müəyyən edib ki, tərkibində sink və qalay olan diş pastası 2 dəqiqə ərzində koronavirusu 99,9 faiz neytrallaşdırmaq xüsusiyyətinə malikdir.

Stomatologiya üzrə ixtisaslaşmış «British Dental Journal» nəşrində dərc olunmuş laborator tədqiqatların nəticələri bu qənaətə gətirib.

Tədqiqatın başlıca məqsədi ağız boşluğuna qulluq vasitələrindən istifadə etməklə, koronavirusun yayılma sürətini yavaşıtma ahənginin müəyyən edilməsindən ibarət olub.

Testlərin nəticələrinə görə, məlum olub ki, tərkibində sink və qalay olan adi diş pastası praktik olaraq, infeksiyanın yayılmasını tamamilə dayandırır. Belə universal vasitənin SARS-CoV-2 virusunu 99,9 faiz neytrallaşdırmaq xüsusiyyətinə malik olduğu aşkar edilib. Alimlər diqqət yetiriblər ki, dişlərin təmizlənməsi üçün istifadə olunan istənilən vasitə koronavirusun yayılmasını zəiflədir.

O da məlum olub ki, diş pastasından əlavə, ağız boşluğu üçün nəzərdə tutulmuş bəzi mayelər də oxşar xüsusiyyətə malikdirlər, məsələn, tərkibində setilpiridin-xlorid olanlar. Həm də məlum olub ki, belə vasitələrin koronavirusu neytrallaşdırma sürəti daha böyükdür - yarım dəqiqə kifayət edir.

«Nəticələr göstərir ki, bəzi diş pastaları və ağız yaxalamaq üçün istifadə olunan mayelər SARS-CoV-2 xəstəliyinin yayılmasının qarşısını alır - ağızda vrusun miqdarının azaldılması hesabına» - deyə, materialda bildirilir.


Şəffaflıq.az 
Geri qayıt