Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı
AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı12-12-2020, 11:04 |
Azərbaycan Milli Elmlər Akademiyasının iki direktoru vəzifəsindən azad edilib. Şəffaflıq.az trend-ə istinadən xəbər verir ki, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb. Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub. Geri qayıt |