Əsas Səhifə > Maraqlı > Günün qoroskopu: 12 dekabr

Günün qoroskopu: 12 dekabr


12-12-2020, 00:49
 
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - uğursuz, əlverişli olmayan gündür. Qüvvələrinizi olduğundan az saymayın. Bədxah və düşmənləriniz hesab etdiyiniz qədər qüdrətli deyillər.
Buğa - münasibətlərdə harmoniyanı qısqanclıq və şübhə poza bilər. Gəlir və hədiyyə istisna deyil. Onlar gözlədiyiniz qədər böyük olmayacaqlar.
Əkizlər - adi vaxtlarla müqayisədə münaqişə yaranması ehtimalı yüksəkdir. Ən kiçik məsələlərdə inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın. Mövqeyinizdən fərqli fikir eşidəndə aqressiv reaksiya verməyin.
Xərçəng - qarışıq və mürəkkəb gündür. Mühüm işləri bir qədər təxirə salın. Səbrli və soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq.
Şir - dostlar və həmfikirlərlə ünsiyyət, dəstəyinizi almaq istədiyiniz insanlarla görüş üçün münasibdir. İşgüzar danışıqlar yaxşı nəticə verəcək. Əyləncə isə ümidləri doğrultmayacaq.
Qız - günün ilk yarısı çətin, mürəkkəb, laübəlidir. Problemlərin sayı artacaq. Səfər, səyahət və alış-veriş üçün münasib gün deyil. Maraqlandığınız işlə məşğul olun. Emosional durumunuzu kontrolda saxlayın.
Tərəzi - səhhətinizə fikir verin. Müvəqqəti halsızlıq, soyuqdəymə və ya zökəm ehtimalı var. Fiziki işlər ağır olmamalıdır. Özünüzü çox yormayın.
Əqrəb - yaşlı qohumların məsləhətləri sizə yardım edə bilər. Günün ikinci yarısında problemlərinizi inandığınız insanlarla müzakirə edin.
Oxatan - özünüzün də səhvlərə yol verdiyinizi etiraf etmək istəmirsiniz. İnformasiya axınında özünüzü itirməyin. Aldığınız məlumatlar arasında səhih və yalan olanları müəyyənləşdirin.
Oğlaq -  yaxın ətrafınızdakı insanlarla münasibətlər gərginləşə bilər. İndiyədək əla münasibətlərdə olduğunuz insanlarla belə, dil tapmaq çətinləşir. Başqalarına sinirlənirsiniz.
Dolça - köç, təmir, interyer dəyişikliyi məsləhət deyil. İstənilən texnikadan istifadə edəndə diqqətli olun. Səfər və ya səyahət çox vaxt alacaq. Axşam saatlarında stresslərdən qurtularaq dincəlməyə çalışın.
Balıqlar - planları sürətlə dəyişmək lazımdır və bu, təbii ki, sizi sevindirmir. Əvvəlcədən qarşınıza qoyduğunuz məqsədlərə çatmaq istəyir, amma bunu mövcud situasiyada necə etmək gərəkdiyini bilmirsiniz.
Milli.Az
Geri qayıt