Əsas Səhifə > RƏSMİ XƏBƏR > Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi

Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi


11-12-2020, 11:32


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb.

Şəffaflıq.az-ın xəbərinə görə, sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Geri qayıt