Əsas Səhifə > Dünya > “Dünyada “vaksinal millətçilik” yayılır” - BMT Baş katibi

“Dünyada “vaksinal millətçilik” yayılır” - BMT Baş katibi


11-12-2020, 11:15

 

Şəffaflıq.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşimş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterriş bəyan edib ki, koronavirus pandemiyası fonunda dünyada böyük sürətlə «vaksinal millətçilik» yayılmaqdadır.

Baş katibin sözlərindən belə aydın olur ki, yeni anlayış altında inkişaf etmiş ölkələrin hökumətlərinin ilk növbədə, məhz öz xalqlarının vaksinlə təmin olunması istəyi nəzərdə tutulur.

«Bu gün nəyi görürürksə - bu, bir neçə ölkənin öz xalqının vaksinlə təmin olunması səyləridən ibarətdir» - Quterriş bildirib.

Onun sözlərinə görə, bu gün bütün dünyada kasıb insanlar varlı ölkələrdə koronavirus əleyhinə peyvəndləməyə hazırlığı müşahidə edirlər və sual düşünürlər: Onlar da peyvənd ala biləcəklərmi? BMT Baş katibi növbəti dəfə çağırış edib ki, peyvəndə hər kəsə, xüsusilə də Afrika qitəsi sakinlərinə əlçatan ola biləcək «qlobal ictimai rifah» kimi baxılsın.

O, inkişaf etmiş ölkələrə növbəti 2 ayda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX Proqramı (dünya əhalisinin kasıb təbəqələri üçün koronavirus vaksini əldə edilməsinə aid ambisioz layihə) üçün 4,2 milyard dollar vəsait ayrılması barədə çağırış edib.

Bununla yanaşı, ÜST başçısı Tedros Adxanom Gerbreyesus tamam fərqli rəqəmlər səsləndirib. BMT Baş Məclisinin iclasında o, bəyan edib ki, COVAX proqramı «yalnız xeyirxah jest olaraq qalmaq təhlükəsi ilə üz-üzədir». Bunun baş verməməsi üçün təkcə 2021-ci ildə bu layihə əlavə olaraq, 23,4 milyard dollar maliyyə tələb edəcək. ÜST bu məbləği dünyanın 20 ən varlı ölkəsindən alacağına ümid edir.

Quterriş isə öz növbəsində, inandırır ki, COVAX proqramı Afrika ölkələri üçün vaksinin əlçatan olmasını təmin edə biləcək yeganə layihədir, amma bunun üçün həmin ölkələrin özlərinin vəsaiti çatışmır. O, xatırladıb ki, Afrikanın 54 ölkəsində 2,2 milyondan artıq koronavirus infeksiyası, 53 midən artıq ölüm hadisəsi qeydə alınıb.

Sözügedən layihə dünyanın 177 ölkəsini birləşdirir. Onun əsas hədəfi iştirakçı ölkələrin 2 milyard vaksin dozası ilə təmin olunmasındən ibarətdir. Ancaq indidən aydın olur ki, bu, mümkün olmayacaq. Həm də burada əsas problem təkcə maliyyələşdirmədə deyil. Məsələn, vaksin istehsal edən şirkətlər logistik problemlərdən dolayı, bu sayda vaksin hazırlamaq gücündə deyillər. Bu istiqamətdə gözlənilən real nəticə 50 milyonu ötmür.

BMT-nin məlumatına görə, insanların koronavirus əleyhinə peyvəndləmə işlərinə real olaraq, hələlik yalnız Rusiyada və Böyük Britaniyada başlanıb.

Geri qayıt