Əsas Səhifə > Maraqlı > Günün qoroskopu: 11 dekabr
Günün qoroskopu: 11 dekabr11-12-2020, 00:12 |
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.Qoç - peşəkar fəaliyyət prosesində yaranan problemlər və çətinliklər ilk baxışda göründüyü qədər ciddi deyil. Çətinliklərdən qorxmasanız, uğur əldə edəcəksiniz. Buğa - yarısında alış-veriş zamanı bədxərclik etməyin. Əyləncəyə pul xərcləməyə dəyməz. Maliyyə itkiləri, cərimə, oğurluq istisna deyil. Kompüter və ya smartfon almaq üçün münasib gün deyil. Alsanız, onlar tezliklə sıradan çıxacaqlar. Əkizlər - xoşagəlməz görüş, əhvalınızı poza biləcək planlaşdırılmamış vizit ola bilər. Günün ikinci yarısında gərəkli məlumatın alınması çətinləşir. Sənədləşdirmədə problemlər yaranır. Xərçəng - praktiki düşüncədə olsanız, çətinliklərə rəğmən irəliləyəcəksiniz. Birgə fəaliyyətdənsə bu gün müstəqil işləmək daha üstündür. Belədə fikriniz daha az dağılacaq, daha məhsuldar çalışacaqsınız. Şir - diqqət, səliqə, detallara fikir verilməsini tələb edən ciddi, mühüm işlə məşğul olun. Çətin situasiyaya düşən insanlara yardım edin. Praktiki dəstəkdə fayda var. Qız - rəğbət bəslədiyiniz insanlarla belə təmaslarda müəyyən problemlər yaranır. Günün ikinci yarısında bədbinləşməyin, ruhdan düşməyin. Müsbət təmayüllərin təsiri artacaq, əhvalınız yaxşılaşacaq. Tərəzi - yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Onların problemlərini anlamaqda çətinlik çəkirsiniz. Ətrafınızdakı insanlar isə sizin hisslərinizi və addımlarınızın motivlərini anlaya bilmirlər. Əqrəb - evdə kiçik anlaşılmazlıqlar yaransa da, yaxınlarınızla münaqişənin formalaşmasına imkan verməyin. Yaxınlarınız sizdən diqqət və qayğı gözləyirlər. Oxatan - yaxşı, məhsuldar gündür. Ən müxtəlif tapşırıq və məsələlərin öhdəsindən gəlməyə, qarşınıza qoyduğunuz məqsədə sürətlə çatmağa çalışın. İşgüzar danışıqlar yaxşı nəticə verəcək. Oğlaq - peşəkar fəaliyyətinizdə qarşınızda yeni üfüqlər açan anlaşma və ya sövdələşməyə nail olacaqsınız. Günün ikinci yarısında tərəfdaş və şəriklə intensiv məsləhətləşmələr aparmaq olar. Dolça - xoş xəbərin alınması və ya son vaxtlar darıxdığınız insanla görüş istisna deyil.Ailə tədbiri, bayram yaxşı keçəcək. Qəfil hədiyyə ala bilərsiniz. Balıqlar - münaqişələrdən yayının. Uğur qazanacağınıza şübhəniz olmasa da, kəskin rəqabət mübarizəsinə rəvac verməyin.Milli.Az Geri qayıt |