Əsas Səhifə > Dünya > Rusiya və NATO 10 ildən sonra ilk dəfə birgə hərbi təlim keçirəcək

Rusiya və NATO 10 ildən sonra ilk dəfə birgə hərbi təlim keçirəcək


10-12-2020, 17:32

 

Rusiya və NATO 10 ildən sonra ilk dəfə Pakistanın Karaçi şəhəri yaxınlığında NATO ilə birgə hərbi təlimlərə qatılacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti açıqlama verib.

Təlimin fevral ayında Pakistanın Karaçi şəhəri yaxınlığında keçiriləcəyi bildirilib. Hərbi donanma təlimlərdə Rusiya ilə yanaşı Pakistan, ABŞ, İngiltərə, Çin, Yaponiya, Türkiyə, Filippin, Malayziya, Şri Lanka və İndoneziyadan hərbi donanmalarının iştirak edəcəyi bildirilib.

Rusiyanın təlimlərdə bir freqat, bir patrul gəmisi, bir xilasetmə gəmisi, Dəniz Qoşunları birliyi, mina təmizləyən qrup və bir dəniz helikopteri ilə iştirak edəcəyi açıqlanıb.

Qeyd edək ki, Rusiya NATO ilə sonuncu dəfə 2011-ci ildə Polşada keçirilən terrorla ortaq mübarizə üzrə hərbi təlimlərdə iştirak etmişdi.

Geri qayıt