Əsas Səhifə > İdman > Azərbaycan Premyer Liqası və kubok matçları təxirə salındı
Azərbaycan Premyer Liqası və kubok matçları təxirə salındı10-12-2020, 12:44 |
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı qərarını açıqlayıb. Şəffaflıq.az-ın əvvəl yazdığı kimi, qurum bu turnirlərin təqvimində dəyişiklik edib və bu matçların vaxtını dəyişib. Aparılan müzakirələrdən sonra Premyer Liqanın XII turu dekabrın 20-nə, XIII tur dekabrın 24-nə və XIV tur yanvarın 21-nə keçirilib. Ölkə kubokunun 1/8 final mərhələsinin matçları isə yanvarın 25-də keçiriləcək. “Qarabağ”ın 20 dekabr tarixdə “Qəbələ” ilə nəzərdə tutulan oyunu ilkin təqvimdə qeyd olunduğu kimi, Qəbələdə baş tutacaq. Ölkə çempionatının və kubokunun digər oyunları PFL-in təsdiq olunmuş təqvimi əsasında baş tutacaq. Mövsümdən öncə hazırlanmış Əsasnaməyə Əlavə və Tibbi Protokol mövsümün sonuna kimi qüvvədədir. Heyətində sonuncu COVID-19 testinin nəticəsi pozitiv çıxmış yeddi və daha çox futbolçu yer alan klubun oyunu təxirə salınacaq. Həmin oyunçular 14 günlük təcrid müddəti başa çatdıqdan və testinin nəticəsi neqativ çıxdıqdan sonra həkimlərin rəyi ilə məşqlərə və oyunlara çıxa bilər. Heyətində yetərli futbolçu olmadığı üçün “Vilyareal”la səfər qarşılaşmasına gedə bilməyən “Qarabağ”ın Avropa Liqası görüşü ilə bağlı daha üst qurumlar tərəfindən keçirilmə qərarı verilsə, “Qarabağ”ın yerli təqvim oyunu ilə bağlı dəyişiklik ediləcək. Geri qayıt |