Əsas Səhifə > Cəmiyyət > Dünyanın ümidi Çinin istehsal etdiyi koronavirus peyvəndinədir

Dünyanın ümidi Çinin istehsal etdiyi koronavirus peyvəndinədir


9-12-2020, 23:39
 Koronavirusa qarşı vaksin istehsal etmək üçün qlobal yarış davam edərkən Çin ən qabaqcıl vaksin istehsalçılarından biri olan “Sinovac” şirkəti ilə uğur qazanmağı bacarıb.
Şəffaflıq.az xəbər verir ki, “BBC News” bu barədə araşdırma yazısı dərc edib.

Qeyd olunub ki, “CoronaVac” adlanan vaksinin istehsalına artıq başlanılıb. Vaksin ölü virus hissəciklərinin təhlükə törətməyəcək şəkildə bədənə yeridilməsi və bu yolla virusa qarşı immunitet müqaviməti yaratmağa əsaslanır. Bu vaksinin digərlərindən əsas fərqi quduzluğa qarşı istifadə olunan daha ənənəvi bir metodun tətbiqi ilə istehsal edilməsidir.

“CoronaVac”ın digər vaksin nümunələri ilə müqayisədə bir sıra üstün cəhətləri ortaya çıxıb. Belə ki, “Moderna” şirkətinin peyvəndi mənfi 20, “Pfizer” peyvəndi isə mənfi 70 dərəcədə saxlanmalıdır. Bu vaksin isə adi soyuducuda saxlana bilər. Vaksin bu halda keyfiyyətini qoruya bilir. Deməli, aşağı temperaturlarda çox miqdarda vaksin saxlaya bilməyəcək inkişaf etməkdə olan ölkələr üçün “CoronaVac” daha faydalıdır.

 


Geri qayıt