Əsas Səhifə > Dünya > “Naməlum xəstəlik koronavirusla bağlı deyil” - Hindistan hakimiyyəti
“Naməlum xəstəlik koronavirusla bağlı deyil” - Hindistan hakimiyyəti9-12-2020, 07:23 |
Hindistanın cənubundakı Andxra-Pradeş ştatının Eluru şəhərində qeydə alınmış naməlum xəstəlik «partlayışı» koronavirus pandemiyası ilə əlaqəli deyil. Ehtimala görə, onun səbəbi çirkli su ola bilər. Bu barədə Qərbi Qodavari dairəsinin müfəttişi Dolla Djoşi Roy bəyan edib. Şəhərdə və onun ərafında qeydə alınmış xəstəlik «partlayışı» ötən bazar günü aşkarlanıb. Xəstəlik nəticəsində bir nəfər ölüb, xəstələnənlərin ümumi sayı 800 nəfəri adlayıb. Onun simptomları sırasında başgicəlləməsi, epilepsiya, qəfil titrətmə, ağız köpüklənməsi və əsmə qeydə alınıb. Yerli hakimiyyət təsdiqləyir ki, naməlum xəstəlik insandan insana ötürülmür. Xəstəliyin başvermə səbəbləri öyrənilir. Xəstələr kompüter tomoqrafyasından keçirilib və koronavirus testi veriblər, ancaq məlum olub ki, o, koronvirusla əlaqəli deyil. Şəffaflıq.az Geri qayıt |